Novruz Məmmədov: "Ermənsitan, hələ ki, öz mövqeyini dəyişmək istəmir"

Novruz Məmmədov: "Ermənsitan, hələ ki, öz mövqeyini dəyişmək istəmir"
09:37 5 May 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan tərəfi özünü yenə də konstruktiv apara bilmir, vaxtı uzatmağa, status-kvonu saxlamağa var qüvvəsilə cəhd göstərir. Mənim təəssüratım, məndə olan məlumat budur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin sədri Novruz Məmmədov jurnalistlərə deyib.

PA rəsmisi qeyd edib ki, baxmayaraq ki, Azərbycan və Rusiya tərəfindən müəyyən təzyiqlər göztərilir, amma Ermənsitan, hələ ki, öz mövqeyini dəyişmək istəmir:

"Bu da görünür ki, Ermənistan rəhbərliyinin, Sarkisyanın, Nalbandiyanın maraqlarına uyğun gəlir. Onlar hələ də başa düşə bilmirlər ki, tamamilə səhv yoldadırlar və bu yol onları hara aparıb çıxarır? Bunun haqqında düşünməklərinin artıq vaxtı gəlib çatıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/541850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR