Suriyada 4 təhlükəsiz zona yaradılır

Suriyada 4 təhlükəsiz zona yaradılır
09:38 5 May 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Astanada Suriyada 4 təhlükəsiz zonasının yaradılması haqqında imzalanan memorandum bu gündən qüvvədədir.

Publika.az xəbər verir ki, memorandum Suriyadakı proseslərə həll yolu tapmağa çalışan ölkələr - Rusiya, Türkiyə, İran və Suriya müxalifəti arasında imzalanıb.

Suriyada yaradılacaq təhlükəsizlik zonalarının məqsədi birbaşa hərbi qarşıdurmanın qarşısını almaqdır.

Memorandumu imzalayan ölkələr 5 gün ərzində təhlükəsiz zonalarının yaradılması üzrə xüsusi işçi qrup formalaşdırmalıdırlar.

Təhlükəsizlik zonalarının yaradılması müvəqqəti prosesdir və təxmini yarım il çəkəcək. Əgər bu müddət ərzində memorandumu imzalayan ölkələr müəyyən razılığa gələ bilsə, prosesin müddəti avtomatik olaraq uzadılacaq.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR