Azərbaycan bank sektorunun məcmu aktivləri 30 mlrd. manata çatıb

Azərbaycan bank sektorunun məcmu aktivləri 30 mlrd. manata çatıb
10:07 5 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanın bank sektorunun bu ilin I rübü üzrə icmal göstəricilərini açıqlayıb.
“Report” xəbər verir ki, aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının cəmi aktivləri 29 980,1 mln. manat, o cümlədən cəmi öhdəlikləri 27 219,9 mln. manat, balans kapitalı isə 2 760,2 mln. manat təşkil edib.
Martın sonuna əhalinin banklarda 6 889,2 mln. manat əmanəti olub.
Hesabat dövrünə bankların filiallarının sayı 561, şöbələrinin sayı 137, ATM-lərinin sayı 2 471-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 312 nəfər təşkil edir.
Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 145, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-larin işçi heyəti 2 726 nəfər təşkil edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-bank-sektorunun-mecmu-aktivleri-30-mlrd-manata-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR