Azərbaycanın 32 bankının aktivləri 29,980.1 milyon manat təşkil edib

Azərbaycanın 32 bankının aktivləri 29,980.1 milyon manat təşkil edib
10:08 5 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2017-ci ilin birinci rübünün nəticələrinə əsasən Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 29,980.1 milyon manat, cəmi öhdəlikləri 27,219.9 milyon manat təşkil edib.

Bu barədə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, sektorun balans kapitalı 2,760.2 milyon manatdır. Əhalinin əmanətləri 6,889.2 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 561, şöbələrinin sayı 137, ATM-lərin sayı 2,471-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,312 nəfər təşkil edir.

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 145, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-lərin işçi heyəti 2,726 nəfər təşkil edir.

2017-ci ilin birinci rübü üzrə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2750360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR