Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) Azərbaycanda fəaliyyət göstərən daha bir neçə bankın lisenziyasının ləğv olunmasını istisna etmir.
"Interfax" agentliyinə xəbər verir ki, bu barədə Fondun "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Qafqaz və Mərkəzi Asiya" adlı icmalında deyilir.
"Azərbaycanda kapitallaşma və dövlət tərəfindən problemli
kreditlərin alışı prosesi davam edib. Lakin kapitallaşma ilə bağlı
yeni planların işlənməsindən sonra bir neçə bank da bağlana bilər",
- deyə icmalda vurğulanıb.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda müxtəlif səbəblərdən 11
bankın lisenziyası ləğv olunub. Hazırda Azərbaycanda fəaliyyət
göstərən bankların sayı 32-dir. (apa)