Georgi Pryaxinin "Xəzər yuxuları" romanı Azərbaycan dilində

Georgi Pryaxinin "Xəzər yuxuları" romanı Azərbaycan dilində
10:15 5 May 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış rus nasiri, Aleksandr Qrin, M.A.Şoloxov, V.Katayev mükafatları laueratı, Rusiya ədəbiyyatı Akademiyasının akademiki Georgi Pryaxinin “Xəzər yuxuları” kitabı işıq üzü görüb.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Əfsanəvi Xəzər xaqanlığı və müasir Rusiya arasında maraqlı paralellərin aparıldığı “Xəzər yuxuları” romanının əsasını sosial, ictimai, tarixi hadisələr fonunda cərəyan edən hadisələr – mürəkkəb sosial ziddiyyətlər, insan taleyinin obyektiv faktorlardan asılılığı, məhrumiyyətlər və azadlıq hissi, mübarizə əzmi, qəlbin və ruhun reallıqla üst-üstə düşməyən istəkləri və insan iradəsinin təntənəsi təşkil edir.

Romanı dilimizə Etimad Başkeçid çevirib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2750371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR