Britaniya təəccüblənib: kraliçanın əri kənara çəkildi - FOTO

Britaniya təəccüblənib: kraliçanın əri kənara çəkildi - FOTO
10:17 5 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Britaniya kraliçası 2-ci Yelizavetanın əri, Edinburq hersoqu, 95 yaşlı şahzadə Filipp bu ilin payızında işdən kənarlaşaraq rəsmi səlahiyyətlərinin icrasına son verəcək. Milli.Az The Guardian-a istinadən bildirir ki, iyunda şahzadənin 96 yaşı tamam olur.

"Edinburq hersoqu, kral həzrətləri payızdan rəsmi mərasimlərdə iştirak etməmək barədə qərar qəbul edib. Onun bu qərarı kraliça tərəfindən tam dəstəklənib, - Bukinhem Sarayından verilən rəsmi məlumatda belə deyilir. - Şahzadə Filipp avqust ayına qədər nəzərdə tutulan bütün tədbirlərdə - həm tək, həm də kraliçanı müşayiət etməklə iştirak edəcək. Bundan sonra o, heç bir yeni dəvəti qəbul etməyəcək. Lakin o, bəzi hallarda bəzi tədbirlərdə iştirak edə bilər ", - Buckingham saray iqamətgahı bəyan edib.

Bukinhem Sarayında kral ailəsinin yüksək xidməti heyətinin görüşü keçirilib.

Saray nümayəndələri görüşün mövzusunu açıqlamayıblar.

Bu görüş II Yelizavetanın və ya şahzadə Filippin səhhəti ilə bağlı olmayıb. Bu yaxınlarda kraliça və Edinburq hersoqu nəzərdə tutulan bütün tədbirlərdə iştirak ediblər.

Aprelin 21-də 91 yaşı tamam olan II Yelizaveta Bukinhem Sarayında ümumi seçkilərdən əvvəl parlamentin buraxılmasını təsdiqləmək üçün Böyük Britaniyanın baş naziri Tereza Meylə  görüşüb.

Ötən il rəsmi tədbirlərdə iştirak etməklə 110 gün keçirən şahzadə Filipp kral ailəsinin ictimai fəaliyyətlə məşğul olan 5-ci üzvü olub.

O, 780 təşkilatın prezidenti, üzvü və ya lideri olaraq qalır.

Bu ilin noyabr ayında 2-ci Yelizaveta və Edinburq hersoqu evliliklərinin 70 illiyini qeyd edəcəklər.

Şahzadə Filipp yumor hissi olan, siyasi baxımdan düzgün olmayan çoxsaylı ictimai zarafatlarıyla məşhurdur.

Çərşənbə günü Londonun "Lordlar" kriket stadionunda tribunanın açılışında iştirak edən şahzadə Phillip "Mən memorial lövhələrin açılışında dünyanın ən təcrübəli insanıyam" deyib.

Bu gündən etibarən Bukinhem Sarayında əsas fiqurlar arasında kraliçanın ikinci oğlu şahzadə Endryunun yer alacağı, hətta önə keçəcəyi vurğulanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/541837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR