Yaşar Bəşirov Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib

Yaşar Bəşirov Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib
10:17 5 May 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Türkiyənin Kocaeli şəhərində Avropa Karate Federasiyasının (EKF) hesabat seçki Konqresi keçirilib. "Report"un məlumatına görə, seçki nəticəsində Antinio Espinos daha 6 il müddətinə EKF prezidenti seçilib. 
İspaniyalı funksioner 42 mümkün səsin hamısını toplayıb. O, quruma 1997-ci ildən rəhbərlik edir.
Konqres çərçivəsində EKF İcraiyyə Komitəsinə seçki də keçirilib. Nəticədə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da 11 nəfərdən ibarət İcraiyyə Komitəsinə üzv seçilib.  

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/yasar-besirov-avropa-karate-federasiyasinin-i-craiyye-komitesine-uzv-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR