Hindistanda avtomobil qəzası olub, toydan gələn 14 nəfər ölüb, 28 nəfər yaralanıb

Hindistanda avtomobil qəzası olub, toydan gələn 14 nəfər ölüb, 28 nəfər yaralanıb
10:17 5 May 2017
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Hindistanda yük maşınının su kanalına düşməsi nəticəsində avtomobildəki sərnişinlərin 14-ü ölüb, 28 -i yaralanıb.
“Report” “Hindustan Times”a istinadən xəbər verir ki, hadisə ölkənin Uttar-Pradeş əyalətində olub.
İnformasiyaya əsasən, avtomobilin banındakı sərnişinlər toydan gəlirmiş.
İlkin məlumata görə, hadisə sürücünün yuxulaması nəticəsində baş verib. 
Qəzanın səbəbi araşdırılır.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanda-avtomobil-qezasi-olub-toydan-gelen-14-nefer-olub-28-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR