Miqrenin ÇARƏSİ TAPILDI

Miqrenin ÇARƏSİ TAPILDI
10:18 5 May 2017
Ölkə mətbuatı
A- A+

Tikanlı topun miqren ağrılarını azaltdığı üzə çıxıb.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, araşdırmalar göstərib ki, tikanlı topları qan dövranı sistemini yaxşılaşdırır, təzyiq problemini aradan qaldırır.

Qan dövranı sistemini yaxşılaşdırır

Xüsusilə ofisdə oturaqda vəziyyətdə çalışanlar qan dövranı pozulmasından çox şikayət edir. Ciddi dress-kod tələb olunan iş yerlərində mütəmadi olaraq dikdadaban ayaqqabı geymək məcburiyyətində qaldıqları üçün qadınlarda varikoz və damar xəstəlikləri əmələ gəlir. Bu da ayaqların bütün gün dar və narahat qəlibin içində qalmasından dolayı yaranır.

Bunun nəticəsində irəli yaşlarda qan dövranı pozulur. Alimlər vəziyyətdən çıxış yolu kimi iş yerində ayaqlarınızın altına tikanlı toplar alıb qoymağı məsləhət görür. Topu pəncələrinizlə gün ərzində müəyyən müddət oynadaraq masaj etmək qan dövranı sisteminin fəaliyyətini yaxşılaşdırır.

Baş ağrısına və miqren yaxşı gəlir

Danimarkada baş ağrısı və miqren xəstəsi olan şəxslərə tikanlı topla ayaqlarını masaj etmək tapşırılıb. Təcrübə nəticəsində miqren xəstələrində nəzərə çarpacaq yaxşılaşma müşahidə edilib. Nizamlı şəkildə qəbul etdikləri miqren dərmanlarını atıb və müalicələrin başa çatdıqdan sonra üç ayda iştirakçılar 65 faizində bağ ağrısı simptomları azalıb. Bəzilərində heç bir əlaməti qalmayıb.

Müalicəni 6 ay davam edən xəstələr 81 faizi isə tamamilə yaxşılaşdığını bildirib.

Təzyiqi aşağı salır

Yüksək təzyiq günümüzdə çox geniş yayılmış xəstəlikdir. Bir çox səbəbdən dolayı meydana gələn yüksək təzyiqi tikanlı topla qaydaya salmaq mümkündür.

Aparılan araşdırmalar nəticəsində çox stressli şəraitdə işləyən adamların tikanlı topla ayaq masajından sonra daha az narahat olduqları və qan təzyiqlərinin düşdüyü açıqlanıb.

Ödəmi azaldır (xüsusilə hamilə)

Xüsusilə hamilə qadınlarda ayaq və əllərin şişməsinə çox rast gəlinir. Ayaqlara tikanlı topla masaj edərək şişi və ödəmi yox edin.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/197632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR