Bu gün Azərbaycan kubokunun qalibi müəyyənləşəcək

Bu gün Azərbaycan kubokunun qalibi müəyyənləşəcək
10:22 5 May 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Kubokunda 2016/2017 mövsümünün final oyunu keçiriləcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, həlledici görüşdə "Qarabağ"la "Qəbələ" qarşılaşacaq.

Ölkə çempionu "Qarabağ" son iki ildə olduğu kimi, yenə kuboku qazanmağa çalışacaq. Qurban Qurbanovun futbolçuları bunu bacarsa, həm ardıcıl üç dəfə ölkə kubokunu qazanan, həm də üç mövsüm "qızıl dubl" edən ilk Azərbaycan komandası olacaq.

"Qəbələ" isə ilk titulunu qazana bilər. Roman Qriqorçukun komandası üç ildən sonra yenidən ölkə kubokunun final oyununa çıxır. 2013/2014 mövsümündə "Qəbələ" həlledici görüşdə "Neftçi"yə uduzmuşdu.

Kubokun final qarşılaşması ilk dəfə olaraq Naxçıvanda oynanılacaq. 

Naxçıvan Şəhər stadionunda keçirilən matçın start fiti saat 16:00-da çalınacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR