Bura Avropa deyil, Azərbaycandır - FOTO/VİDEO

Bura Avropa deyil, Azərbaycandır - FOTO/VİDEO
10:23 5 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Qala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə qədər 1 km uzunluğunda olan yanaşma yolunun yenidən qurulması işləri tam olaraq yekunlaşıb.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22-i metrə qədər və dənizə doğru genişləndirilib, 25 metr enində karbonat materialından istifadə edilərək yeni yol yatağı, qum-çınqıl və optimal-qırmadaş qarışıından ibarət isə yol əsasının inşası işləri aparılıb.

Layihəyə çərçivəsində sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 16 metr təşkil edir. Buna paralel olaraq yol boyu 1.5 metr enində piyada səkiləri, 2-3 metr enində ayrıcı zolaq inşa olunub. Ümumilikdə 3300 m2 metr piyada səkisi tikilib, səkilərin və yol ayrıcının kənarlarına isə 6350 paqon-metr yeni səki daşı düzülüb.

Yenidənqurma işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici nişanlar quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Pirallahı körpüsünün digər hissəsinin yanaşma yolunda da işlər sürətlə aparılır. Hazırda burda torpaq işləri aparılır, yeni yol yatağı və yol əsası inşa olunur. Buna paralel olaraq dəmir-beton konsturksiyaların sahil boyunca bərkitmə işləri də aparılır.

Qeyd edək ki, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən və uzunluğu 422 metr, eni 14 metr, hərəkət hissəsinin eni isə 12 metr olan, Pirallahı adasını sahillə birləşdirən körpü Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq tikilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/197634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR