Bağırsaq xərçəngindən necə qorunaq?

Əgər 40 yaşını keçmisinizsə, bağırsaq xərçəngindən qorunmaq üçün bəzi məsləhətlərə əməl etməlisiniz.

Metbuat.az xəbər verir ki, professor həkim Korhan Taviloğlu deyib: “40 yaşdan sonra ildə bir dəfə qan testi, 5 ildən bir sigmoidkoskopi, qalın bağırsaq rentgeni, kolonoskopi testlərini etdirin. Qidalanmanıza diqqət edin. Paxlalılar, meyvə-tərəvəz, süd, sarımsaq istifadə etməklə və həddindən artıq yağlı qidalardan uzaq durmaqla bağırsaq xərçəngindən qoruna bilərsiniz. Qırmızı ət istehlakını azaldın. 2006-ci ildə Fransada 67.312 adam üzərində aparılan araşdırmada qırmızı ətlə qidalanan və alkoqol qəbul edən insanlarda bağırsaq xərçənginin artdığı məlum olub. Bəzi probiotiklərin (canlı mikroorqanizmlərin) qatıq, kəfir kimi qidalara əlavə olaraq qəbul edilməsi bağırsaq xərçənginindən qoruduğu iddia edilir”.

Həkim əlavə edib ki, sağlam yaşamaq üçün yaşam tərzinizə diqqət edin. Mütəmadi olaraq 30-60 dəqiqə idmanla məşğul olmaq xərçəng riskini 40 faiz azaldır. Hər gün folik asit, kalsium və D vitamini qəbul etmək lazımdır. Qadınlar menapauzadan sonra hormon müalicəsi almalıdır. Siqaretdən uzaq durmaq vacibdir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR