Bu qatara bilet 10 min dollardır - FOTO

Bu qatara bilet 10 min dollardır - FOTO
10:27 5 May 2017
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yaponiyada ultra-lüks dərəcəli dəmiryol qatarı ölkə boyu ilk səyahət turuna çıxıb

Yaponiyada "Şiki-şima" adlı dəbdəbəli dəmiryol qatarı ilk səyahət turuna çıxıb - belə qatarda ölkəni kim gəzmək istəməz...

Milli.Az AsiaOne-a istinadən bildirir ki, superlüks qatar dəbdəbə və rahatlığa üstünlük verənlər üçün yaradılıb. Lakin bu qatarda səyahət etmək istəyənlərin cibi dolu olmalıdır: biletlərin qiyməti 2860-10000 dollar arasında dəyişir. Müştərilərə 2 və ya 4 günlük səyahət turu təklif olunur.

Qatar ilk səyahətinə mayın 1-də çıxıb. Qatarın konsepsiyası dizayner Ken Kiyoyuki Okuyama tərəfindən yaradılıb, istehsalında və hazırlanmasında isə Yaponiya sənətkarlarının üstünlük verdiyi ən keyfiyyətli materiallardan istifadə olunub.

Salonun futuristik görünüşü sərnişinə, qədəhə şampan şərabı süzərək, sürətlə geridə qalan mənzərəni pəncərədən seyr etmək və səyahətdən həzz almaq imkanı yaradır. Bu qatar sərnişinləri Tokiodan ölkənin şimal hüdudlarında yerləşən Hokkaydo adasına aparır.

Qatar bir səyahət turuna cəmi 34 sərnişini götürür, buna görə də gözəl mənzərə seyrini təmin edən oturacaq yerləri üçün sərnişinlər arasında rəqabətə ehtiyac qalmır.

Səyahət müddətindən asılı olaraq qatarda 1 və ya 3 gecə keçirmək mümkündür.

"East Japan Railway" şirkəti bu qatarı yaratmaq planlarını hələ 2014-cü ildə bəyan etmişdi. Sözügedən qatarda səyahət etmək istəyənlərin, demək olar ki, sayı-hesabı yoxdur. İlk səyahətin sərnişin siyahısına düşənlər lotereya yolu ilə seçilib, çünki səyahətə çıxmaq istəyənlərdən hər 76 nəfərin payına cəmi 1 bilet düşüb.

Futurustik üslubda işlənmiş və dəmiryol xətti ilə hərəkət edən bu dəbdəbəli hotelə tələbat olduqca yüksəkdir. On vaqondan ibarət qatara biletlər artıq 2018-ci ilin mart ayınadək satılıb.

Qatarın interyeri ən dəbdəbəli hotellərin yaratdığı rahatlıq şəraiti ilə rəqabət apara bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR