Tənha yaşayan 70 yaşlı qadın öldürüldü

Tənha yaşayan 70 yaşlı qadın öldürüldü
10:33 5 May 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda yaşlı qadın qətlə yetirilib.

Hadisə rayonun Ərkivan qəsəbəsində Abaslı məhəlləsində baş verib. Qonşuların bildirdiyinə görə, evdə tək yaşayan Gülgəz İsrafilovanın evinə gecə saatlarında basqın olub.

Təxminən 70 yaşlarında olan qadının baş nahiyəsinə kərpic parçası ilə ağır zərbə endirilib. Nəticədə, köməksiz qalan qadın dünyasını dəyişib.

Evə qarət məqsədilə basqın edildiyi deyilir. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış qrupu yaradılıb. Hadisə yerinin müayinəsi aparılır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırmalara başlanıb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/197633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR