Luis Hamilton: Karyeramı tezliklə başa vura bilərəm - FOTO

Luis Hamilton: Karyeramı tezliklə başa vura bilərəm - FOTO
10:47 5 May 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

"Mercedes" komandasının britanilaylı pilotu Luis Hamilton öz gələcək karyerası ilə bağlı dəqiq fikir söyləmir, buna baxmayraq bəyan edib ki, yaxın zamanlarda çıxışlarını başa vura bilər.

Milli.Az xəbər verir ki, bu barədə Luis Hamilton "Channel 4"ə müsahibəsində belə deyib:  

"Mən bilmirəm karyeramı nə vaxt başa vuracam. Mümkündür ki, bu, çox yaxın zamanlarda baş versin. Lakin elə də ola bilər ki, mən hələ uzun müddət çıxışlarımı davam etdirə bilərəm. Mən hətta Formula 1 yarışlarında şütüməyimi dayandırsam da, yarışlara olan ehtirasım, həvəsim sönməyəcək. Mən, sadəcə, əli-qolu sallanmış vəziyyətdə dayana bilmərəm".

Pilot musiqi məşğuliyyəti məsələsinə isə belə aydınlıq gətirib: "Mən albom yaratmaq üzərində işləmirəm. Mən bununla, sadəcə, hobbi kimi məşğul oluram," - deyə 32 yaşlı Hamilton bildirib.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR