Komodo əjdahası turistə hücum etdi - FOTO

Komodo əjdahası turistə hücum etdi - FOTO
10:52 5 May 2017
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

İndoneziyanın şərqində turist varanlar fəsiləsindən nəhəng kərtənkələ olan Komodo əjdahasının hücumuna məruz qalıb.

Milli.Az BBC-yə istinadən bildirir ki, Komodo Milli Parkının nəzarətçilərinin sözlərinə görə, bu, son 5 ildə baş verən ilk insidentdir.

Komodo əjdahaları İndoneziya adalarında kiçik qrup şəklində yaşayırlar.

Dünyanının ən böyük kərtənkələsi sayılan komodoların uzunluğu 3 metr və ya daha çox, çəkisi isə 50 kq yaxın olur. Onların zəhərli olduqları bildirilir.

Ziyan çəkən turist isə Sinqapurdan olan 50 yaşlı kişi olub. O, edilən xəbərdarlığa etinasız yanaşaraq təhlükəli sürünənin böyük planda şəklini çəkmək istəyib.

Nəticədə kərtənkələ kişini ayağından güclü dişləyib. Hadisə yerinə gələn hərbi kater ziyan çəkəni yaxınlıqdakı xəstəxanaya çatdırıb.

"Komodo əjdahaları yemək zamanı narahat edilməyi sevmirlər. Çox güman ki, turist əjdahaya həddən artıq yaxınlaşıb",  - Komodo Milli Parkının baş qoruyucusu açıqlamasında deyilir.

Nəzarətçinin sözlərinə görə, insident tövsiyə olunan təhlükəsizlik zonasından kənarda baş verib.

Mehmanxanaya və bələdçiyə xərclənəcək pula qənaət etmək istəyən turist yerli sakinlərin yanında qalmağa üstünlük verib.

Komodo kərtənkələləri insanlar üçün təhlükə yaradan kifayət qədər aqressiv canlılardır. Bu yırtıcıların insanlara hücumu bəzi hallarda ölümlə nəticələnib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR