Həyat yoldaşı ilə mübahisə edən qadın

Kolumbiyada qəribə hadisə baş verib.

Metbuat.az-ın məlumatına görə, həyat yoldaşı ilə mübahisə edən 30 yaşlı xanım 100 dollarlıq əskinazları ondan gizlətmək üçün udub. 7500 dolları udan qadın dərhal əməliyyat edilib. Həkimlərin səyi nəticəsində 5700 dolları onun mədəsindən çıxarmaq mümkün olub. Digər əskinazlar isə bağırsaq sistemindən keçib.

Yerli mediaya açıqlama verən xanım, pulları evdəki əşyaları sataraq həyat yoldaşından gizli şəkildə topladığını bildirib. Kolumbiyalı bu pullarla tətilə çıxmaq fikrində olub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR