ABŞ-dan Türkiyənin düşmənlərinə hərbi yardım - ŞOK

ABŞ-dan Türkiyənin düşmənlərinə hərbi yardım - ŞOK
11:03 5 May 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ hökumətinin PKK terror təşkilatına növbəti dəfə hərbi yardım etməsi faktının üstü açılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriya Yerli Koordinasiya Komitəsi (LCC) məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ-a məxsus 48 hərbi maşın və 250 hərbiçidən ibarət hərbi avtomobil karvanı PKK-ya müasir silah-sursat və zirehli texnikaları təhvil verib.

Təşkilat silahların sayını da açıqlayıb. Məlumata görə, ABŞ hökuməti İraq, Suriya və Türkiyə sərhədlərinin kəsişmə nöqtəsində yerləşən Malikiye strateji bölgəsində PKK və PYD terrorçularına ümumilikdə 22 TIR silah-sursat və hərbi avtomobillər göndərib. ABŞ-ın göndərdiyi hərbi yardımlar ötən gün Suriya-İraq sərhədindəki Semalka sərhəd keçid məntəqəsindən ölkəyə daxil olub.

Məlumatda qeyd olunur ki, dəyəri milyarda yaxın olan hərbi texnikalar və silah-sursat artıq Malikiyedə terrorçulara təhvil verilib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR