Bakıda sürücünün tanışlıq təklifini rədd edən qadın vəhşicəsinə döyüldü, qulağı cırıldı

Bakıda sürücünün tanışlıq təklifini rədd edən qadın vəhşicəsinə döyüldü, qulağı cırıldı
11:05 5 May 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda gecə saatlarında 41 yaşlı qadınla tanış olmaq istəyən şəxs onu döyüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, Füzuli meydanının qarşısında 1976-ci il təvəllüdlü Günay Qurbanova yolu piyada keçərkən "Mercedes" markalı avtomobilin sürücüsü tanış olmaq üçün ondan telefon nömrəsini istəyib.

Lakin qadın ona "yox" cavabı verib. Avtomobildən enərək qadına yaxınlaşan şəxs onunla mübahisə edib. Daha sonra sürücü (hələlik adı açıqlanmır) onun üz nahiyəsinə bir neçə zərbə vurub. G.Qurbanovanın qulağı cırılıb. O xəstəxanaya yerləşdirilib. 
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR