Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək
11:14 5 May 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

 

İyunun 2-si Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində şair, yazıcı, dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş musiqili-ədəbi gecə keçiriləcək. Lent.az-ın məlumatına görə, konsertdə ADMİU – nun Muğam sənəti kafedrasının baş müəllimi, Əməkdar artist Nuriyyə Hüseynova və ADMİU – nun II kurs tələbəsi Məftun Səfərlinin çıxışı olacaq. Onları ADMİU-nun xalq çalğı alətləri ansamblı: Emil Mirzəyev (tar), Ceyhun Mirzəyev (kamança), Samirə Əliyeva (kanon), Vüqar Əhədov (ud), Sübhan Əhmədov (balaban), Soltan Məmmədov (nağara) müşayiət edəcək.

 

Bədii qiraət əməkdar artist, dosent Azad Şükürovdur.

 

Tədbir saat 19:00-da başlanacaq. Biletlər şəhərin kassalarında və iticket.az saytında satılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR