Azərbaycanda daha bir neçə bank bağlana bilər

Azərbaycanda daha bir neçə bank bağlana bilər
11:17 5 May 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) Azərbaycanda fəaliyyət göstərən daha bir neçə bankın lisenziyasının ləğv olunmasını istisna etmir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fondun "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Qafqaz və Mərkəzi Asiya" adlı icmalında deyilir.

"Azərbaycanda kapitallaşma və dövlət tərəfindən problemli kreditlərin alışı prosesi davam edib. Lakin kapitallaşma ilə bağlı yeni planların işlənməsindən sonra bir neçə bank da bağlana bilər", - deyə icmalda vurğulanıb.
 
Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda müxtəlif səbəblərdən 11 bankın lisenziyası ləğv olunub. Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların sayı 32-dir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR