"Petkim"in mənfəəti kəskin artıb

"Petkim"in mənfəəti kəskin artıb
11:37 5 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in bu ilin I rübünün yekunlarına dair maliyyə göstəriciləri açıqlanıb.
“Report” Türkiyə İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) yer alan məlumata əsasən xəbər verir ki, şirkətin bu ilin I rübündə xalis mənfəəti 365,9 mln. lirə (TRY) təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 2,5 dəfə çoxdur.
Müstəqil auditdən keçməmiş hesabata əsasən, 31 mart 2017-ci il tarixinə “Petkim Holding”in törəmə qurumlarla birlikdə aktivləri 7,292 mlrd. lirə təşkil edib. 31 dekabr 2016-cı ildə bu göstərici 6,269 mlrd. lirə olub.
Qeyd edək ki, I rübdəki mənfəət göstəricisi bazar proqnozlarından yüksək olub. Bu ilin I rübündə “Petkim”in mənfəətinin 225 mln. TRY olması proqnozlaşdırılırdı.
Bu ilin yanvar-mart ayları üzrə konsolidə olunmuş maliyyə göstəriciləri “Petkim Holding”in İdarə Heyəti tərəfindən mayın 4-də təsdiqlənib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/petkim-in-menfeeti-keskin-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR