İSESKO-nun baş direktoru: "Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi BMT Təhlükəsizlik Şurasının qeyri-səmərəli işinin nümunəsidir"

İSESKO-nun baş direktoru: "Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi BMT Təhlükəsizlik Şurasının qeyri-səmərəli işinin nümunəsidir"
11:42 5 May 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ "Azərbaycan demokratiya, sülh və mədəniyyətlərarası dialoq modeli baxımından nümunədir".
"Report" xəbər verir ki, bunu İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib.
O, forumun təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Dünyada mövcud olan münaqişələr mövzusuna toxunan Əl-Tüveycri bunun supergüclərin işlərini lazımi səviyyədə görməməsinin nəticəsi olduğunu qeyd edib.
"Dağlıq Qarabağ münaqişəsi buna nümunədir, işğal artıq 20 ildən çoxdur davam edir. Həmçinin Fələstin, Suriya, Liviya, Somali, Əfqanıstanda eyni vəziyyəti müşahidə edirik, münaqişə həll edilmir. Hər yerdə müharibə, ölüm, dağıntı var. Hesab edirəm ki, bunun səbəbi BMT təhlükəsizlik Şurasının qeyri-səmərəli işidir", - İSESKO-nun baş dirtektoru vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/i-sesko-nun-bas-direktoru-dagliq-qarabag-munaqisesinin-hell-edilmemesi-bmt-tehlukesizlik-surasinin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR