Bölmə rəhbəri: “Ana südü ilə qidalandırılan körpələr xəstəliklərə qarşı daha davamlı olurlar”

Bölmə rəhbəri: “Ana südü ilə qidalandırılan körpələr xəstəliklərə qarşı daha davamlı olurlar”
11:42 5 May 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ “Körpəni ana südü ilə qidalandırmaq onun zahiri görnüşünə, səsinə, ağlamaq formasına da təsir edir. Ana südü ilə qidalanan uşaqların ağlamağı daha sağlam formada olur”.
“Report” xəbər verir ki, bunu Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Vaxtından Qabaq Doğulanlar və Yenidoğulanların Patologiyası elmi bölməsinin rəhbəri Mahirə Əfəndiyeva jurnalistlər üçün keçirilən “Ana südü ilə qidalandırmanın üstünlükləri” adlı seminarda deyib.
O bildirib ki, hər bir valideyn ana südü ilə qidalandırmanın həm övladına, həm onun özünə nə qədər faydalı olduğunu bilsə, körpəsini ana südü ilə qidalandırar: “Dünyaya gətirdiyi körpəni Allahın verdiyi ana südü ilə qidalandırmaq hər bir ananın həm də borcudur. Ana südü ilə qidalanan uşaqlarda müxtəlif xəstəliklər çox az hallarda özünü göstərir. Onlar xəstəliklərə qarşı daha davamlı olurlar. Bizim məqsədimiz anaların nəinki 6 ay, bir il, hətta 2-3 yaşına qədər körpələrini ana südü ilə qidalandırmasına nail olmaqdır”. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/bolme-rehberi-ana-sudu-ile-qidalandirilan-korpeler-xesteliklere-qarsi-daha-davamli-olurlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR