Evdə partlayış oldu: ailə üzvləri yaralandı

Evdə partlayış oldu: ailə üzvləri yaralandı
11:54 5 May 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Oğuz rayonunun Calud kəndində yaşayan Mərdan Həsənovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

 

 

Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, mayın 4-də saat 19 radələrində Oğuz rayonunun Calud kəndində yaşayan Mərdan Həsənovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

 


Nəticədə evin pəncərə şüşələri sınıb, 12 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Hadisə zamanı yanıq xəsarəti alan ev sahibi, arvadı Leyla və oğlu Elnur xəstəxanaya yerləşdiriliblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR