Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək

Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək
12:12 5 May 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Sabah, mayın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağış tədricən kəsiləcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, mayın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. 

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/azerbaycanda-hava-seraiti-qeyri-sabit-kecece

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR