Azərbaycan gömrükçüləri 1 720 ədəd siqaret müsadirə edib

Azərbaycan gömrükçüləri 1 720 ədəd siqaret müsadirə edib
12:17 5 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin arxa oturacağının arxa hissəsindən aksiz markası olmayan, üzərində "Comet" yazısı olan 1720 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gomrukculeri-1-720-eded-siqaret-musadire-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR