ABŞ kəşfiyyatı ermənilərin başına oyun açan AZƏRBAYCANLI XÜSUSİ QRUPUN İZİNƏ DÜŞDÜ

ABŞ kəşfiyyatı ermənilərin başına oyun açan AZƏRBAYCANLI XÜSUSİ QRUPUN İZİNƏ DÜŞDÜ
12:23 5 May 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın “Anti-armenia Team” haker qrupu ABŞ-dakı erməni diaspor təşkilatı “Amerika Erməni Assambleyası”nın saytına hücum edərək dağıdıb.

Publika.az
xəbər verir ki, hakerlərimiz sayta Xocalı soyqırımı ilə bağlı materiallar yerləşdirib.

Hücumu “Anti-armenia Team” haker qrupuna daxil olan və özlərini “The Conficker” adlandıran qrup həyata keçirib. Təşkilat sayta nəzarəti bərpa etmək üçün xeyli səy göstərməli olub.

Hücumdan dərhal sonra “Amerika Erməni Assambleyası təcili olaraq Federal Təhqiqatlar Bürosuna şikayət edib və kiberhücumla bağlı araşdırılma aparılmasını, hücumu həyata keçirən Azərbaycan vətəndaşlarının müəyyən edilməsini istəyib. Təşkilat bildirib ki, bundan əvvəl azərbaycanlı hakerlər “genosid məsələlərini” araşdıran qeyri-siyasi instituta-Erməni Milli İnstitutuna da hücum ediblər. Bu institut Amerika Erməni Assambleyasının himayəsində çalışır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR