Növbə Abışovundu

Növbə Abışovundu
12:27 5 May 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin qarşılıqlı razılıqla yollarını ayırdığı Cavid İmamverdiyev "Neftçi"ni rekordçu kimi tərk edib. Milli.Az-ın apasport.az-a istnadən məlumatına görə, yarımmüdafiəçi komanda üzvləri arasında "ağ-qara" formada ən çox oyun keçirən futbolçu idi.
 
Paytaxt təmsilçisində 186 oyunda 19 qol vuran Cavid "Neftçi"nın sıralarında olanlar arasında mütləq rekordçu adı ilə də vidalaşıb. O, artıq sabiq komandasında ölkə çempionatında 143 (13 qol), kubokda 23 (3), avrokuboklarda 20 (3) matç keçirib.
 
"Neftçi"nin ən çox oyun keçirən üzvü ilə vidalaşması ilk belə hal deyil. Yarım il öncə bakılılar digər rekordçusu ilə vidalaşmışdı. Həmin vaxt 219 oyun keçirən Araz Abdullayev "Qəbələ"yə keçmişdi.
 
Qışda Arazın, indi də Cavidin klubu tərk etməsindən sonra "Neftçi"nin rekordçusu ünvanı Ruslan Abışova keçib. O, "ağ-qaralar"ın 160 rəsmi matçında iştirak edib. Bu xoşagəlməz ənənə davam etsə, növbəti fasilədə bu rekordçu da klubdan ayrılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR