Ərdoğan o fotoları Putinə verdi - FOTO

Ərdoğan o fotoları Putinə verdi - FOTO
12:32 5 May 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Soçidə aparılan danışıqlar zamanı Rusiya prezidenti Vladtimir Putinə bəzi fotoları verdim. Həmin fotolarda rusiyalı hərbçilər YPG terrorçuları ilə birlikdədir.

Milli.Az Daily Sabah-a istinadən bildirir ki, Türkiyə prezenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfərindən qayıdarkən təyyarəsində jurnalistlərə belə deyib.

Həmin fotolarda kürdlərin terrorçu "Xalq Özünümüdafiə Dəstələri" (YPG) mənsublarının rusiyalı hərbçilərlə yanaşı duraraq kamera qarşısında pozalar verdiklərini vurğulayan Ərdoğan deyib: "Fotoların çəkildiyi yerlərlə tarixləri də dedik, mövzunu anlatdıq. Putin "araşdıracağam" söylədi. Bundan sonra iş Putinə qalır. Putin kürd dövlətinin yaradılması cəhdlərinə də yaxşı baxmır".

Fotolar Suriyanın Afrin şəhərində çəkilib. Bu şəhər sakinlərinin əksəriyyəti kürdlərdir.

BBC isə dünən məlumat yayıb ki, Rusiya hərbçiləri türk qoşunlarının Afrin şəhərinə doğru irəliləyişinə yol verməmək və YPG ilə türk hərbçilərin döyüşlərinin qarşısını almaq üçün Afrinə göndəriliblər.

"Russkaya Vesna" isə bəyan edib ki, rusiya hərbçiləri Suriya-Türkiyə sərhədinin yaxınlığında postlar yaradırlar. Məqsəd türk ordusunun bölgədəki YPG mövqelərinə hücumlarına itmkan verməməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/541905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR