Dövlət Dumasının deputatı: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri göstərir

Dövlət Dumasının deputatı: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri göstərir
12:36 5 May 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. yelena Kosolapova - Trend:

Rusiya Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həll edilməsi üçün əlindən gələni edir. Bunu Trend-ə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarsı dostluq qrupunun rəhbəri Dmitriy Solovyov deyib.

O qeyd edib ki, Rusiya ilk vaxtdan özünü danışıqlarda vasitəçi kimi təklif edib və bütün bu keçən bu müddət ərzində öz mövqeyindən kənara çəkilməyib.

Deputat deyib: "Bizim vasitəçiliyimiz ilə danışıqlar gedir, məsləhətləşmələr aparılır. Çox böyük iş görülüb. Mən həminəm ki, münaqişə beynəlxalq hüquq və Azərbaycanın ərazı bütövlüyü çərçivəsində sülh yolu ilə həllini tapacaq".

Rusiyalı deputatın sözlərinə görə, münaqişənin nizamlanması üzrə danışıqlar prosesi ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməlidir.

O deyib: "Minsk qrupu fəal işləyir, müzakirələr gedir. Bütün ölkələr, ilk növbədə Rusiya danışıqlar üçün əlverişli şərait yaradırlar. Əminəm ki, bütün bunlar öz bəhrəsini verəcək və münaqişə həll olunacaq".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2750432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR