BQXK-dən Ağdamdakı erməni gülləbaranına MÜNASİBƏT: "Hədəf biz deyildik"

BQXK-dən Ağdamdakı erməni gülləbaranına MÜNASİBƏT: "Hədəf biz deyildik"
12:37 5 May 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) öz əməkdaşlarının ötən gün Ağdam istiqamətində ermənilər tərəfindən atəşə tutulması barədə məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında həmin tarixdə təmsil etdiyi qurumun əməkdaşlarının Ağdamda olduğunu təsdiqləsə də, hədəfin onlar olmadığını qeyd edib: "Dağlıq Qarabağ münaqişəsi zonasında BQXK təmas xəttinə və Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazilərdə yaşayan mülki əhalini dəstəkləmək üçün müxtəlif humanitar layihələrə həyata keçirir.
 
Biz müntəzəm olaraq bu icmalara baş çəkir, cəbhə xəttinin hər iki tərəfində iş aparırıq. BQXK yerli orqanlarla birgə həyata keçirdiyi layihələrdən biri də Ağdam rayonunun Əhmədağalı kəndində artezian quyusunun təmiri ilə bağlı həyata keçirilən layihədir. Mediada olan məlumatla əlaqədar deyə bilərik ki, biz əməkdaşlarımızın 4 may tarixində orada olduğunu təsdiqləyirik. Lakin BQXK əməkdaşlarının və ya nəqliyyat vasitəsinin hədəf olduğunu bildirən heç bir əlamət və əsas yoxdur". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/541910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR