Xilasedicilər intiharın qarşısını ala bildi

Xilasedicilər intiharın qarşısını ala bildi
12:44 5 May 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Dənizkənarı Milli Park ərazisində bir nəfər intihara cəhd edib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq boğulmaq təhlükəsi ilə üzləşən vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:00-da başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273914

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR