"Bakı Limanı Orta Asiya ölkələrinə yüklərin nəqlində əhəmiyyətli rol oynayacaq"

"Bakı Limanı Orta Asiya ölkələrinə yüklərin nəqlində əhəmiyyətli rol oynayacaq"
12:52 5 May 2017
Ölkə mətbuatı
A- A+

Türk şirkətləri məhsullarını Azərbaycanda istehsal etməklə üçüncü ölkələrə ixrac etməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Ali İhsan Gənç deyib.

O bildirib ki, Türkiyə şirkətlərinin Azərbaycanda məhsul istehsal etməsi olduqca sərfəlidir:

"Azərbaycanda istehsal olunan məhsul MDB ölkələrinə gömrük vergisiz ixrac edilə bilər. Azərbaycanda istehsal olunan məhsulları bir çox ölkəyə daha rahat göndərmək mümkündür".

TÜİB sədri qeyd edib ki, Ələtdə inşa edilən Bakı Beynəlxalq Ticarət Limanı Orta Asiya ölkələrinə yüklərin nəqlində əhəmiyyətli rol oynayacaq:

"Bu liman Türkiyədən gələn yüklərin Qazaxıstana və Türkmənistana daşınmasında vacib rol oynayıb. Limanın genişləndirilməsi yüklərin nəqlini daha da asanlaşdıracaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/541921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR