Kibariyədən sonra daha bir türk sənətçi Bakıda ev alır

Kibariyədən sonra daha bir türk sənətçi Bakıda ev alır
12:57 5 May 2017
101 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Türkiyə ortaq istehsalı olan "Yanlış anlama" filminin çəkilişləri davam edir.

Milli.Az big.az-a istinadən xəbər verir ki, elə Türkiyədən gələn aktyor heyəti ötən gün təşkil olunmuş tədbirlərin birində görüntüləniblər.

Türkiyəli müğənni Kibariyədən sonra aktrisa Pelin Sönməz də Bakıda ev almaq qərarına gəlib.

Hətta sənətçi ev qiymətləri ilə də maraqlanıb: 

"Bakıya film çəkilişləri üçün gəlmişəm. Burada bu qədər çox sevildiyimi bilmirdim. Hər kəs rol aldığım "Akasya durağı" serialını izləyibmiş. Məni oradan tanıyırlar. Önəmli səbəb olsa, Bakıya köçmək istəyərəm. Burada ögey münasibət görmədim. Hətta özümə ev almaq istəyirəm. "Ağ şəhər" layihəsini çox bəyəndim, qiymətləri ilə maraqlandım. Mənə uyğun olsa, oradan ev almağı düşünürəm. Çünki bura bizim ikinci vətənimizdir".

"Azərbaycanlı bəylə ailə qurarsınızmı ?" sualına Pelinin cavabı belə oldu: 

"Aşiq olsam, azərbaycanlı kişiyə ərə gedərəm. Mənim qarşı cinslə bağlı xüsusi kriteriyam yoxdur. Əsas odur ki, qarşımdakı şəxsə aşiq olum. O zaman həmin kişi gözümə dünyanın ən yaraşıqlı bəyi görünür. Hazırda isə ailə qurmaq fikrim yoxdur. Evlilik planlanan bir şey deyil. Heç vaxt ərə getmək haqda düşünməmişəm. Qismət nə zaman olsa, ailə quracağam".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/541952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR