Məktəbə raket atıldı: 18-i uşaq olmaqla, 81 nəfər öldü

Məktəbə raket atıldı: 18-i uşaq olmaqla, 81 nəfər öldü
13:05 5 May 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı böyük faciə yaşanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şəhərinin qərbində gedən döyüşlərdən qurtulmaq üçün məktəbə sığınan mülki vətəndaşa qarşı raket bombalamasında 81 nəfər ölüb.

İŞİD-in kontrolunda olan EL-Vela məktəbini hədəf alan raket zərbəsində 34 kişi, 29 qadın, 18 uşaq dünyasını dəyişib.
 
Hələlik məktəbi kimlərin bombaladığı bəlli deyil.
 
Həmçinin, terrorla mübarizə bölməsindən yüzbaşı ƏLİ el-Behadili Anadolu Agentliyinə En-Neccar Məhəlləsi yaxınlığında raket zərbəsi nəticəsində İŞİD-in müharibə idarəsinə cavabdeh Həbib Əbdülcəbbarın öldüyünü açıqlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR