Azərbaycan XİN başçısı: "Dünyada zorakı ekstremizm və separatizmin artmasından narahatıq"

Azərbaycan XİN başçısı: "Dünyada zorakı ekstremizm və separatizmin artmasından narahatıq"
13:12 5 May 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ "Azərbaycanda multikulturalizm məsələlərinə diqqət yetirilir. Ötən ili multikulturalizm ili elan etmişdik, bu il isə İslam həmrəyliyi ili qeyd olunur. Buna görə də bu cür forumlara böyük diqqət ayırırıq".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Dialoq və universal dəyərlərə dəstək: zorakı ekstremizmin qarşısının alınması vasitələri" mövzusundakı ilk plenar sessiyada çıxış edərkən deyib.
"Multikulturalizm və tolerantlıq ölkəmizin qədim ənənəyə malik adətidir. Bu dəyərlər cəmiyyətimizi birləşdirir və gücləndirir", - xarici işlər naziri bildirib.
"Dünyada zorakı ekstremizm və separatizmin artmasından narahatıq", - E.Məmmədyarov vurğulayıb.
XİN başçısı Azərbaycanın dəhşətli terror aktlarına məruz qaldığını bildirib. "Birgə əməkdaşlıq olmadan terrora qarşı mübarizə aparmaq çətin olacaq", - deyə o əlavə edib.
"Ekstremizm bəzən münaqişələrin mərkəzində dayanır. Münaqişələrdən danışırıqsa, radikal dairələr hədəfinə çevrilən qaçqın və köçkünlərdən də danışmaq lazımdır. Konfransın bu mövzuda fikirləşmək üçün əsas verəcəyinə inanıram", - E.Məmmədyarov bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-xi-n-bascisi-dunyada-zoraki-ekstremizm-ve-separatizmin-artmasindan-narahatiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR