Gün eynəklərini necə seçməli?

Havaların isinməsi günəş eynəklərinə olan ehtiyacı artırır. Bu gün şəhərin istənilən yerində - mağazalarda, yeraltı keçidlərdə, köşklərdə, metro çıxışlarında gün eynəklərinin satışına rast gəlirik. Belə yerlərdə müxtəlif növ eynəklər satılır və qiymətləri 4-10 manat arasında dəyişir.

Bir gün eynəyinin bu qədər ucuz olduğunu nəzərə alsaq, onun nə dərəcədə keyfiyyətli olması sual doğurur. Gözlərimizi qoruyaq deyərkən, onların zamanla sıradan çıxmasına səbəb oluruq. Ona görə eynək seçərkən diqqətli olmaq lazımdır. Səhv seçilmiş gün eynəkləri gözlərin zəifləməsinə, göz təzyiqinin yaranmasına səbəb olur, baş ağrısı yaradır.

Oftalmoloq Şahin Novruzlu Metbuat.az-a müsahibəsində bildirib ki, gözü müxtəlif zərərli şüalardan qorumaq lazımdır. Uzun müddət ultrabənövşəyi şüalar gözə təsir edərsə, xəstəlik törətmə ehtimalı var. Gün eynəklərindən istifadə etmək, ancaq eynək seçərkən diqqətli olmaq və ultrabənövşəyi şüa keçirmə faizinə baxaraq almaq lazımdır.

Həkim eynəklərin qiymət məsələsinə də aydınlıq gətirib. Bildirib ki, eynəyin qiymətinin yüksək olması onun materialından asılıdır. 5-10 manatlıq eynək olsa belə, əsas olan onun şüalardan qoruyuculuğudur. Ona görə eynək alarkən mütləq satıcıdan eynəyin zərərli şüalardan qoruma faizini də öyrənib almaq lazımdır.

Sərdar Məmmədov / Metbuat.az.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR