"Əməkdaşlıq olmadan terrorçuluqla mübarizədə qalib gələ bilmərik" - Elmar Məmmədyarov

"Əməkdaşlıq olmadan terrorçuluqla mübarizədə qalib gələ bilmərik" -  Elmar Məmmədyarov
13:22 5 May 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Biz Azərbaycanda multikultural dialoqa önəm veririk.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov IV Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dialoqun təşviqi və körpülərin qurulması: zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr" adlı panel müzakirəsində deyib.
 
Nazir bildirib ki ötən il Azərbaycanda "Multikulturalizm ili" bu il isə "İslam həmrəyliyi ili" elan olunub: "Cəmiyyətlərin rolu çox vacibdir. Ona görə də biz forumların keçirilməsinə önəm veririk. Mənim ölkəm dəhşətli terrordan əziyyət çəkib. Əməkdaşlıq olmadan biz terrorçuluğa qarşı mübarizədə qalib ola bilmərik. Bəzən islamofobiya, dini abidələrə hörmətsizlik halları da baş verir. İdman və təhsil ekstremizmin aradan qaldırılmasında çox vacibdir. Əgər gənc sosial cəhətdən müdafiə olunmayıbsa, müxtəlif ekstremist qruplaşmalar onu cəlb edəcək. Ekstremizm bəzən münaqişələrin mərkəzində dayanır. Əgər münaqişələrin aradan qaldırılmasından söz açırıqsa, zorakı ekstremizmə qarşı birgə səylərlə bunu aradan qaldırmalıyıq. Hesab edirəm ki, bu konfrans yeni düşüncələr üçün yaxşı zəmin yaradacaq. Beynəlxalq ictimaiyyət bu istiqamətdə işi davam etdirməlidir. Bu gün biz dialoqu inkişaf etdirməklə körpülər sala bilərik". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/541969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR