Azərbaycanda marşal Jukovun ordenlə təltif etdiyi kəşfiyyatçı ölüb

Azərbaycanda marşal Jukovun ordenlə təltif etdiyi kəşfiyyatçı ölüb
13:37 5 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 5 may. REPORT.AZ/ Mingəçevir şəhərində marşal Jukovun “Qırmızı Ulduz” ordeni ilə təltif etdiyi kəşfiyatçı ölüb.
“Report”un Şirvan bürosunun məlumatına görə, 1921-ci il təvəllüdlü Miri Ağakişiyev 96 yaşında vəfat edib.
M.Ağakişiyev Ucar rayonunun Ramal kəndində anadan olub. O, II Dünya Müharibəsində Belarusiya cəbhəsində kəşfiyyat bölüyündə xidmət edib. Daha sonra Polşa cəbhəsində uğurlu “Odra” əməliyyatı zamanı fərqlənib və marşal Jukov tərəfindən “Qırmızı Ulduz” ordeni ilə təltif edilib.
Qeyd edək ki, M.Ağakişiyev müharibədən sonra Mingəçevirdə yaşayıb və ömrünü sonuna qədər həyatını bu şəhərə bağlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycanda-marsal-jukovun-ordenle-teltif-etdiyi-kesfiyyatci-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR