Çayda batdığı güman edilən qadının axtarışları davam etdirilir - FOTO

Çayda batdığı güman edilən qadının axtarışları davam etdirilir - FOTO
13:57 5 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün naməlum şəraitdə intihar məqsədi ilə özünü Akkuşa çayına atdığı güman edilən qadının axtarışları intensivləşib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, hazırda FHN-in regional qurumunun dalğıc-xilasediciləri çay boyunca axtarışları davam etdirirlər. Hadisə yerinə Salyan RİH-nin və hüquq-mühafizə orqanlarının rəhbərləri də gəlib.

Xatırladaq ki, ötən gün Salyan rayonunun Alçalı kənd sakini, 50 yaşlı Məhbubə Quliyeva naməlum şəraitdə itkin düşüb.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, qadının həyat yoldaşı onun itkin düşməsindən ötən səhər açılan zaman xəbər tutub. Evlərindən 250 metr aralıdan keçən Akkuşa çayının üzərindən keçən dəmir borunun ətrafına yığılmış zibil qalıqları içərisində qadının ayaqqabısının bir tayı tapıldığı üçün M.Quliyevanın intihar etməsi ehtimalı yaranıb.

Axtarış aparılması üçün Kürdən nasoslarala qidalanan Akkuşa çayında suyun səviyyəsinin endirilməsinə başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR