Mehriban Əliyeva UNESCO-nun baş direktoru ilə görüşdü

Mehriban Əliyeva UNESCO-nun baş direktoru ilə görüşdü
13:58 5 May 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Birinci-vitse prezidenti xanım Mehriban Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüb.

Görüşdə Mehriban Əliyeva İrina Bokovanın Forumda iştirakından məmnunluğunu bildirib, bu beynəlxalq tədbirdə müzakirə edilən məsələlərin aktuallığını qeyd edib.

Söhbət zamanı UNESCO ilə Azərbaycan arasında sıx əməkdaşlığın qurulduğu, uğurlu birgə layihələrin reallaşdırıldığı vurğulanıb, ölkəmizin təşkilatla əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/197669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR