IMF: Azərbaycanda 3 amil inflyasiyanı aşağı salacaq

IMF: Azərbaycanda 3 amil inflyasiyanı aşağı salacaq
14:02 5 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan hökumətinin həyata keçirdiyi fiskal konsolidasiya və monetar siyasətin sərtləşdirilməsi ilə yanaşı çevik məzənnə siyasəti ölkədə inflyasiya gözləntilərini aşağı salacaq. 
"Report" Beynəlxalq Valyuta Fondunun (IMF) "Qafqaz və Mərkəzi Asiya regional iqtisadi icmalı"na istinadən xəbər verir ki, 2017-ci ildə Azərbaycanda inflyasiyanın 8,3%, 2018-ci ildə isə 7,6% olacağı proqnozlaşdırılır. 
IMF hesabatında həmçinin ötən il qaz və elektrik qiymətlərindəki artımın və kənd təsərrüfatı mallarına tətbiq edilən idxal rüsumlarını inflyasiyanı 2-rəqəmli səviyyəyə çıxmasının əsas səbəbləri kimi göstərib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/imf-azerbaycanda-3-amil-inflyasiyani-asagi-salacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR