Cavid Gülün verilişi təxirə düşdü - FOTO

Cavid Gülün verilişi təxirə düşdü - FOTO
14:05 5 May 2017
137 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Cavid Gül təqdimat mərasimlərinin birində görüntülənib.

Milli.Az bildirir ki, axşam.az-a açıqlama verən aparıcı bir müddət əvvəl anonsu yayılan, amma hələ də efirə getməyən "Duet" layihəsinin aqibətindən danışıb:

"Bu layihəni uzun müddət əvvəl etməyi planlaşdırırdıq. Amma ikinci dəfədir ki, layihə təxirə düşür. Bu, məndən asılı olan səbəblər deyil. ATV-nin layihəsi idi. Texniki problemlərə görə yarımçıq qaldı. Sentyabrda yayımlamağı planlaşdırırıq".

C.Gül artıq özünü film sahəsində sınayacağını söyləyib:

"Hər iki filmin ideya müəllifi özüməm. Birinin çəkilişi iyunda, digəri isə oktyabrda başlayacaq. Həmin ekran işi "Yazı" adlanır, qorxu janrındadır. Yayda çəkəcəyimiz isə komediyadır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/541959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR