Sevdiyi qızı öldürən oğlanın Vatsap yazışması yayıldı - Məktəbdə dəhşətli qətl - FOTO

Sevdiyi qızı öldürən oğlanın Vatsap yazışması yayıldı - Məktəbdə dəhşətli qətl - FOTO
14:13 5 May 2017
137 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Bursa şəhərində litsey şagirdi sinif yoldaşını öldürərək, intihara cəhd edib.

Səhər saatlarında qız dostu Nilufəri silahla öldürən H.C silahı başına tuşlayaraq, intihara cəhd edib. Nilufər ölsə də, H.C ağır yaralanıb.

Nilufəri öldürən H.C-nın sinif yoldaşları ilə Vatsap qrup yazışması ortaya çıxıb. Qətldən az əvvəl yazılan yazışmada H.C sinif yoldaşlarına vida məktubu göndərib:

“Sağkən bir işə yaramadım. Mən öləndən sonra orqanlarımı ehtiyacı olanlara verərsiniz ki, insanlara bir faydam olsun. Gedəcəyim yerin hara olduğunu dəqiq bilmirəm. Təkcə onu bilirəm ki, o yer mənimçün cənnət olacaq. Atam da həbsxanaya düşmək istəməzdi, amma nə yazıq ki, tale belə gətirdi. Nilufər məni bu addımı atmağa məcbur etdi. Əslində çöldə 50-100 nəfəri öldürməyi çox istərdim. Amma riskə gedə bilmərəm. Ölüm həqiqətin özüdür. Nəhayət ki, həqiqətə qovuşacam”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR