Aktyor Günay İbrahimli ilə çəkildiyi açıq-saçıq səhnələrdən danışdı - VİDEO

Aktyor Günay İbrahimli ilə çəkildiyi açıq-saçıq səhnələrdən danışdı - VİDEO
14:32 5 May 2017
Ölkə mətbuatı
A- A+

Mən böyük bir sevgi yaşayıb ailə həyatı qurmuşam.

Mili.Az xəbər verir ki, bu sözləri baku.ws-yə müsahibəsində gənc aktyor Cövdət Şükürov bildirib. Ən reytinqli seriallarından biri olan "Cehizsiz gəlinlər"in Zauru oynadığı rollardan danışıb.

Son zamanlar az-az görünürsüz. Tez-tez yeni filmlər çəkilir. Yaxın zamanda sizi hansısa filmdə görə biləcəyik?

- Bu yaxınlarda türklərlə birlikdə çəkilən bir layihədə - "Aşk kurbanların"da rol alımışam. Bu ilin axırında təqdimatı baş tutacaq. Mən, ümumiyyətlə, efirlərdə görünməyi sevmirəm.

- Çəkildiyiniz istər seriallar olsun, istərsə də filmlər, səmimi və açıq-saçıq səhnələrdə oynayırsınız. Bu həyat yoldaşınızın narazılığı, qısqanclığı ilə qarşılanmırmı, ailədə söz-söhbət olurmu buna görə?

- Təzə ailə həyatı quranda müəyyən narazılıqlar olurdu. Artıq yoldaşım anlayır ki, bu, mənim işimdir. Nə olursa səhnədə də qalır. Buna görə də daha heç bir problem yaşamıram. Günay İbrahimli ilə çəkildiyim filmdəki səhnələrə görə də heç bir problem yaşamadım. Çünki həyat yoldaşımın özü də filmdə iştirak edirdi. 

- Çəkildiyiniz seriallardan nə qədər qazanırsız?

- Şükürlər olsun ki, qazancım məni qane edir. Amma düşünürəm ki, bundan da yaxşı ola bilər. Mən inanıram ki, serial industriyası inkişaf edir və zamanla yaxşı olacaq. Sırf çəkildiyim film və seriallardan aylıq gəlirim 2-3 min manat arasındadır.

- Bəs çəkildiyiniz serialdakı kimi böyük sevgi yaşamısınız?

- Hər bir insanın həyatında bir, ya iki böyük sevgi olur. Mənim də xoşbəxtliyim odur ki, sevdiyim qadınla ailə həyatı qurmuşam.

- Son zamanlar çəkilən filmlərlə bağlı nə deyə bilərsiniz?

- Filmlərimizin çəkilməsi məni çox sevindirir. İnkişaf gedir. İrəliləyişlər var.

- Özünüzü Azərbaycanın ən yaraşıqlı aktyoru hesab edirsiniz?

- Xeyir. Yaraşıq gəlib-keçici bir şeydir. Mən insanların yaddaşında oynadığım rollarla qalmaq istəyirəm.

Qeyd edək ki, gənc aktyorun "Sadəcə sev" filmindəki baş rol ortağı müğənni Günay İbrahimlidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aktyor Günay İbrahimli ilə çəkildiyi açıq-saçıq səhnələrdən danışdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/541985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR