Türk ordusu İdlibə girir - VİDEO

Türk ordusu İdlibə girir - VİDEO
14:34 5 May 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Suriyada yaradılacaq "təhlükəsiz bölgə"lərdə ABŞ təyyarələrinin uçuşunun mümkün olmayacağını bildirib.
 
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikri Rusiyanın Astanadakı təmsilçisi Aleksandr Lavrentyev bildirib. Anlaşma ötən gün Qazaxıstan paytaxtında Türkiyə, Rusiya və İran arasında imzalanıb.
 
Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edən Rusiya prezidenti Vladimir Putin dörd nöqtədə silahların tamam susması ilə uçuşun qadağan olunduğu bölgələrin yaradılacağını söyləmişdi.
 
Əldə olunan razılaşmaya əsasən Türk ordusu müxaliflərin nəzarətindəki bölgələrdə təhlükəsizliyi həyata keçirmək və "Əl-Qaidə" ilə əlaqəli qrupların məhv edilməsi üçün İdlibə girəcək. Türk ordusu "Əl-Qaidə" ilə əlaqəsi olan "Tahrir əl-Şam" qruplaşmasını İdlib vilayətindən uzaqlaşdıracaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR