Sürücülər, diqqətli olun!

Sürücülər diqqətli olsunlar. Çünki bu gündən etibarən paytaxt yollarına çəkilmiş xüsusi zolaqlara giriş qadağan edilir.

Metbuat.az bildirir ki, bu zolaqda yalnız IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edəcək. Sarı zolağa icazəsiz daxil olan digər nəqliyyat vasitələri isə 40 manat cərimələnəcək.

Yol hərəkətləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, sürücülərə xəbərdarlıq olunur ki, qapalı küçələrdə onlar zolaqlara daxil olmasınlar. Əgər akreditasiya olunmayan avtomobillər həmin xüsusi zolağa daxil olarlarsa, 40 manat cərimə olunacaqlar. Bu səbəbdən sürücülər cərimə olunmamaq üçün diqqətli olsunlar.

Xəyalə Məmmədova / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR