Gəncədə beynəlxalq elmi konfrans keçirilib (FOTO)

Gəncədə beynəlxalq elmi konfrans keçirilib (FOTO)
14:43 5 May 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gəncə Dövlət Universitetində ümümmilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir təbiət elimlərinin aktual problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib.

Konfransda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Fransa, İspaniyadan 150 nəfərə yaxın nümayəndə heyəti iştirak edib. Müxtəlif dövlətləri təmsil edən elm xadimləri bir daha bildiriblər ki, alimlərin problemləri bir araya qələrək həllini tapmaları olduqca vacib məsələdir.

Konfransda müzakirə olunan əsas mövzular isə kimyanın qeyri-üzvi sahəsi, botanika, ümümi biologiya, ekologiya, aqrar elmlər, biokimya, mikrobiologiya, deformasiya olunan bərk cismlər, molekulyar fizika, optoelektronika və coqrafiyanın aktual problemləri olunub.

Konfrans iki gün davam edəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2750545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR